Koronavirusla bağlı qorxulu gəlişmə: İlk hibrid ştamm aşkarlandı

27 Fevral 01:10 Hadisə 1 228
Koronavirusla bağlı qorxulu gəlişmə: İlk hibrid ştamm aşkarlandı

ABŞ-da SARS-CoV-2 virusunun iki ştammının birləşməsi nəticəsində koronavirusun yeni hibrid versiyası aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily mail” qəzetində məlumat yayılıb.

Xəbərdə virusun yeni növünün amerikalı alim, Nyu-Meksiko ştatında yerləşən Los-Alamos milli laboratoriyasının elmi əməkdaşı Brett Korber tərəfindən aşkarlandığı qeyd olunur.

Xanım Korber hibridin Böyük Britaniyadakı B.1.1.7 və amerikan mənşəli B.1.429 ştammlarının birləşməsindən yarandığını bildirib. Hələ ki mütəxəssislərə virusun yeni versiyasına yoluxan bir xəstə məlumdur, lakin onların fikrincə əslində bədnam zərrəcik bir çox insana artıq keçib.

“New Scientist” jurnalı yeni növün eyni hüceyrəyə düşən iki virus arasında gen mübadiləsi nəticəsində törəyə biləcəyini yazıb.

Qeyd edək ki, bu vaxta qədər hibrid virusların formalaşa biləcəyi barədə müxtəlif rəylər səslənsə də alimlər onun baş vermə ehtimalının az olduğunu dilə gətirirdilər. Çünki onların fikrincə, bunun üçün bütün şərtlər formalaşmalı, eyni insan iki fərqli adamdan iki ştammla yoluxmalıdır.

“New Scientist” virusun ən yeni versiyasının COVİD-19 pandemiyası dövründə aşkarlanan ilk hibrid olduğunu təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü