AFFA-nın III planı üzə çıxdı – Yeni klublar, regiondan olanlar və daha nələr!

23 Aprel 11:40 Gündəm 4 452
AFFA-nın III planı üzə çıxdı – Yeni klublar, regiondan olanlar və daha nələr!

AFFA-nın növbəti mövsümdən yenilik etmək istəməsindən xəbərdarsız.

Federasiya ilk dəfə olaraq Üçüncü Liqanı yaratmağın planlarını cızır.

Bu sezon İkinci Liqanı bərpa eləmiş qurumun yeni çempionatla əlaqəli layihənin bəzi dealları üzə çıxıb.

Belə ki, AFFA III Liqada minimum 14 komandanın iştirakını nəzərdə tutur. Hazırda II Liqada yarışan bir neçə iştirakçının da III Liqaya keçirilməsi variantı gözdən keçirilir.

Burada üstünlük Region Liqasının mənsublarına veriləcək. İki-üç ildir fəaliyyət göstərən, az-çox maliyyə dayağı olan klubları III Liqada görəcəyik.

Bunlar da əsasən bölgə təmsilçiləri arasından seçiləcək. Kimin stadionu varsa, onu normal vəziyyətə gətirə biləcəksə, AFFA onların üzərində dayanacaq.

Ola bilər ki, yeni yaranan komandadır, maddi rıçaqlar var - federasiya bu debütantların da özünü III Liqada sınamasına şərait yaradacaq.

Bütün bu məsələlər AFFA İcraiyyə Komitəsinin mayda keçiriləcək iclasında masaya yatırılacaq. İdeyanın konturları ali qərarverici orqandan okey alarsa, reqlament və əsasnamə hazırlanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti