"Neftçi" "Qalatasaray"da oynamış ulduza bu qədər pul vermək istəmədi

23 İyul 2024 13:00 Gündəm 6 337
"Neftçi" "Qalatasaray"da oynamış ulduza bu qədər pul vermək istəmədi

"Qalatasaray"ın sabiq futbolçusu Kristian Luyindama gələcəyi ilə bağlı qərar verib.

Konqolu müdafiəçi peşəkar karyerasını başa vurub.

Luyindama ardıcıl zədələr səbəbindən 30 yaşında karyerasını bitirməli olub.

Afrikalı 2019-2022-ci illərdə "Qalatasaray"da çıxış edib. Konqo millisinin də üzvü olmuş mərkəz müdafiəçisi karyerası ərzində "Sanqo Balende" (Konqo), "Mazembe" (Konqo), "Standard" (Belçika), "Əl-Tavun" (Səudiyyə Ərəbistanı) və "Antalyaspor"da çıxış edib.

Luyindama butsılarını mıxdan asmazdan öncə Azərbaycana gəlmək istəyib. Menecerlər vasitəsilə "Neftçi", "Qəbələ" və "Araz-Naxçıvan" rəsmiləri ilə əlaqə saxlayıb.

Aylıq 10 min dollar qarşılığında Premyer Liqamızda oynamağa hazır olduğunu bildirib. Fəqət, klublardan heç biri ona bu qədər pulu verməyə həvəs göstərməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”