
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşada “Radomyak”ndan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə yerli jurnalist Rafal Yonczuk sosial şəbəkə hesabında yazıb.
O, 29 yaşlı müdafiəçinin artıq Radom şəhərini tərk etdiyini bildirib.
“Radomyak” yaxın zamanda Məmmədovla vidalaşdığını açıqlayacaq.
Bura ötən ilin yayında “LKS-Lodz”dan gələn azərbaycanlı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədə idi.
Bu komandada Azərbaycan yığmasının digər üzvü Renat Dadaşov da çıxış edir.