“Azərbaycandan təklif alan vaxt vəzifə başında idim, qalmalı oldum"

8 May 2025 12:40 Gündəm 762
“Azərbaycandan təklif alan vaxt vəzifə başında idim, qalmalı oldum"

Türkiyəli tanınmış baş məşqçi Ertoğrul Sağlam bir müddət əvvəl Azərbaycandan iş təklifi alıb.

Sportinfo.az xəbər o bu barədə "kocaelitv"yə açıqlamasında danışıb. Sağlam "Kocaelispor"u çalışdırdığı vaxt (2023/2024 mövsümü) belə bir təklifin olduğunu bildirib:

"Mövzunu gündəmə gətirdinizsə, deyəcəyəm. Azərbaycandan və Superliqadan təkliflər almışdım. Ancaq həmin vaxt vəzifə başında idim və bütün diqqətimi "Kocaelispor"a vermişdim. Buna görə də klubumda qalmalı oldum".

Ertoğrul Sağlam 2024-cü ilin dekabrında "Kocaelispoir"dan ayrılıb. "Beşiktaş", "Bursaspor", "Traktor", "Kayserispor" və "Eskişehirspor"u çalışdırmış mütəxəssis hazırda işsizdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı