Mahir Emreli son qərarını verdi - Ayrılıqmı, davammı..?

17:20 Gündəm 459
Mahir Emreli son qərarını verdi - Ayrılıqmı, davammı..?

“Nürnberq” Mahir Emreli ilə bağlı qərarını açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu mövsümün sonunda II Bundesliqa təmsilçisindən ayrılacaq.

Mahirlə başa çatan müqavilənin uzadılmayacağı bildirilib. Tərəflərin bununla bağlı razılığa gəldiyi qeyd edilib.

Mahir Emreli ötən ilin yayında Zaqreb “Dinamo”sundan "Nürnberq"ə keçib.

O, cari mövsüm Almaniya təmsilçisinin heyətində 22 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti