Azərbaycan yığmasının vingeri klubu ilə müqaviləsini pozdu - RƏSMƏN AÇIQLANDI

00:50 Gündəm 109
Azərbaycan yığmasının vingeri klubu ilə müqaviləsini pozdu - RƏSMƏN AÇIQLANDI

Azərbaycan millisinin legioneri Ozan Can Kökcü HİK-dən (Finlandiya) ayrılıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı vinger öz istəyi ilə Helsinki təmsilçisini tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ozan Can Kökcü mövsümün əvvəlində HİK-ə keçmişdi. Azərbaycanlı oyunçu bu müddətdə komandanın heyətində meydana çıxdığı 26 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 May 11:30 Gəlin, TANIDAQ!