"Batan gəmi"ni xilas etmək üçün son şans!

3 May 16:20 Gündəm 211
"Batan gəmi"ni xilas etmək üçün son şans!

Elitada qalmaq uğrunda mübarizə aparan “Səbail” həlledici mərhələyə qədəm qoyur.

Ötən tur “Araz-Naxçıvan”la qarşılaşmanın sonlarına yaxın real qol şansını əldən verərək işini çətinə salan “dənizçilər” şənbə günü dərindən nəfəs ala bilər.

Bunun üçün Şamaxı səfərindən qələbə ilə qayıtmaq mütləqdir.

Hazırda 21 xalla turnir cədvəlinin sonuncusu olan Bayıl təmsilçisi özündən əvvəlki pillədə qərarlaşan “Kəpəz”dən 7 xal geri qalır.

Gəncəlilər ölkə kubokundan əli üzüləndən sonra Premyer Liqanı qələbələrlə başa vurmağa çalışan “Neftçi”nin qonağı olacaq.

Rəqibin adını, keyfiyyət fərqini və səfər amilini nəzərə alsaq, gəncəlilərin Bakıda məğlub olmaq şansı yüksək qiymətləndirilir. Hətta heç-heçə belə, real görünmür.

Bu, baş versə, “Səbail” isə bölgədə “Şamaxı”nı məğlub etsə, sona 3 tur qalmış nəticələrə uyğun olaraq (“Kəpəz”in xal itirməsi) xal fərqi 4, ya da 5-ə qədər azala bilər. Qarşıdakı turlarda bu fərqi aradan üçün ümid yaranacaq.

Yox, Elvin Məmmədovun baş məşqçisi olduğu komanda Şamaxıda məğlub olsa, “Səbail”in Bakıya qayıdan avtobusunda bildiyimiz matəm ab-havası yaşanacaq.

Belə ki, “dənizçilər”in bu həftə məğlub olması fonunda “Kəpəz” “Neftçi”ni udsa, "dənizçilər"in gəmisi rəsmən batacaq. Hətta gəncəlilərin heç-heçə etməsi də məsələnin 99 faiz həll olunması anlamına gələcək.

“Şamaxı” – “Səbail” qarşılaşması ikincilər üçün sonuncu şans hesab olunur. Bunu özləri sizdən də, bizdən də yaxşı bilir.

Mayın 3-də Şamaxı şəhər stadionunda gerçəkləşəcək duel saat 17:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti