Azərbaycanda “gənc”lə “ağsaqqal”ın dueli – Bu gecə kim sevinəcək?

2 May 16:00 Gündəm 296
Azərbaycanda “gənc”lə “ağsaqqal”ın dueli – Bu gecə kim sevinəcək?

Premyer Liqanın 33-cü turu paytaxtda start götürəcək.

“Zirə” öz meydanında avrokuboklara iddialı “Turan Tovuz”u qəbul edəcək.

“Qartallar” üçün bu oyunun yekun nəticəsi bəlkə də nisbi xarakter daşıyır. Avrokuboklara vəsiqə təmin olunub, gümüş medalların taleyi də onun kimi.

Zirəlilərin üçüncü pillədəki “Araz-Naxçıvan”ı 10 xal qabaqlaması böyük üstünlükdür. Qarşıdakı 4 turda “Araz”ın bir məğlubiyyəti “qartallar”ın “gümüş”ünü rəsmiləşdirəcək.

“Turan Tovuz” isə əksinə, üçüncü pillə üçün mübarizə aparır deyə, bu dəqiqə hər xal “qızıl” xarakteri daşıyır. “Araz-Naxçıvan”ın Mərdəkanda “Sabah”ı qəbul etməsi qərb təmsilçisinin ümidləndirib.

Naxçıvan təmsilçisi məğlub olsa və ya heç-heçə etsə, “Turan Tovuz” da Zirədə qələbəyə sevinsə, xal fərqi minimuma enəcək, tovuzluların “bürünc” şansı artacaq.

Bu oyunda diqqətlər baş məşqçilərə yönələcək. Söhbət Azərbaycanın gənc və istəkli məşqçilərindən hesab olunan Rəşad Sadıqovla postsovet ölkələrinin kifayət qədər məşhur siması sayılan təcrübəli Kurban Berdıyevin duelindən gedir.

Cari mövsümdə “Zirə”ylə “Turan Tovuz” üç dəfə üz-üzə gəlib. Birində qəsəbə təmsilçisi qalib gəlib (2:0), digərində tovuzlular 3 xala sevinib (1:0), ikinci dövrədəki qarşılaşmada hesab açılmayıb. Göründüyü kimi, ümumi hesab bərabərdir.

Sadıqovun komandasının qış fasiləsindən sonra kifayət qədər inamlı təsir bağışladığını və ardıcıl ikinci ildir yalnız “Qarabağ”dan geri qaldığını nəzərə alsaq, Berdıyevin və komandasının işi çətin görünür.

İndi həlledici dönəmdir, təcrübənin, yoxsa istəyin üstün olacağını 90 dəqiqənin tamamı göstərəcək.

Mayın 3-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti