
Uzun fasilədən sonra Premyer Liqaya qayıdan «Karvan» rəqiblərini doğma məkanda - Yevlaxda qəbul etməyə israrlıdır.
Klub rəhbərliyi bu barədə AFFA-nı məlumatlandırıb. Aran təmsilçisi görəcəyi işlərin planıyla da federasiyanı tanış edib.
Həmin plana əsasən, iyunun əvvəlində stadionda ciddi surətdə yenidənqurma işlərinə start veriləcək.
Peşəkar Futbol Liqasının tələblərinə uyğun olaraq, arenadakı mövcud çatışmazlıqların hamısı bircə-bircə aradan qaldırılacaq.
Hamını düşündürən sual budur - meydança necə olacaq? Bəli, «Karvan» kələ-kötür, ildə üç-dörd dəfə saralıb-solan ot örtüyünü yeniləməyi qətiləşdirib.
Amma təəssüf… Bura süni qazon döşəniləcək. Hər halda istək və niyyət hazırda belədir.
SPORTİNFO.AZ