“Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan

7 May 2021 12:50 Gündəm 1 015
“Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan

“Ermənistan Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır”.

Sportinfo.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

“Ermənistan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək.

Həm də tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqu təmin etmək üçün hər cür səy göstərməyə hazırıq”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bölgədə müharibə Rusiyanın səyləri nəticəsində dayanıb:

“Rusiyanın səyləri nəticəsində hərbi əməliyyatlar dayandı və regionda vəziyyətin deeskalasiyasına nail olundu. Xüsusilə prezident Vladimir Putinin regionda sülhün əldə olunmasındakı rolunu qeyd etmək istərdim”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"