Azərbaycanlı dünya çempionu: “Daha böyük uğurlarım irəlidədir”

27 Oktyabr 2024 03:20 Güləş 502
Azərbaycanlı dünya çempionu: “Daha böyük uğurlarım irəlidədir”

"İnanıram ki, qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq".

Sportinfo.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan idmançı qələbəyə görə çox sevincli olduğunu bildirib:

"Məni dəstəkləyən və qələbə sevinən hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Bundan sonra da yarışlara yüksək əzmlə hazırlaşıb, yeni tarixlər yazmağa çalışacağam.

Məqsədim hər zaman Azərbaycanın şanlı bayrağını yüksəklərə qaldırmaqdır. Daha böyük yarışlarım və uğurlarım irəlidədir.

İnşallah, mənim qazandığım dünya çempionluğu digər qadın güləşçilərimizin də yolunu açacaq".

57 kq çəki dərəcəsində döşək üzərinə çıxan Jalə Əliyeva finalda yaponiyalı Ruka Natamini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!