Bakıdakı Avropa çempionatında finala qaldı - Daha iki azərbaycanlı

21 May 2024 18:20 Güləş 657
Bakıdakı Avropa çempionatında finala qaldı - Daha iki azərbaycanlı

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) bu raundda iştirak hüququ əldə ediblər.

Ruslan Nurullayev (72 kq) yarımfinalda məğlub olub və bürünc medal uğrunda mübarizə aparacaq. Fərahim Mustafayev (67 kq) 1/4 finalda, Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində uduzub.

Bu gün həmçinin Laçın Vəliyev (87 kq) və Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”