Bakıdakı qalmaqallı hadisə araşdırldı, bu qərarlar verildi - VİDEO+FOTO

24 Aprel 00:40 Güləş 3 348
Bakıdakı qalmaqallı hadisə araşdırldı, bu qərarlar verildi - VİDEO+FOTO

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında azərbaycanlı Turan Bayramova məğlub olması ilə bağlı etirazı barədə qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu görüşün hakimi və nümayəndələrinin 2-8 ay müddətinə diskvalifikasiya edilməsi qərara alınıb.

Bunlar Roman Pavlov, Əli Sayvan, Aleksey Bazulin, Kamel Buaziz, İbrahim Çiçioğlu və Keysi Qesledir.

Hakim səhvlərinin olduğu qənaətinə gələn qurumun qərarına əsasən, Roman Pavlov və İbrahim Cicioğlu bu ilin dekabrına qədər turnirlərdən uzaqlaşdırılıb.

bakidaki-o-gorusun-hakimleri-cezalandirildi

Ali Sayvanın cəzası isə 2024-cü ilin 30 sentyabrına qədərdir. Aleksey Bazulin, Kamel Buaziz və Keysi Qoessl isə 30 iyuna qədər referilik edə bilməyəcək.

T.Bayramov görüşün qalibi olaraq qalıb. Çünki UWW-nin 53-cü maddəsinə əsasən, qalib döşəkdə elan edildikdən sonra görüşün nəticəsi dəyişdirilə bilməz.

Turan həmin qarşılaşmada (8:8) qalib gələrək, Paris olimpiadasına lisenziya qazanıb. Bundan sonra İtaliya Güləş Federasiyası hakim səhvləri ilə bağlı şikayət edib.

UWW komissiyaları şikayəti araşdırıb, hakimlər və nümayəndələrlə söhbətlər aparıb, sonra qərar qəbul edib.

İntizam Komitəsi həmçinin UWW-dən mayın 9-da İstanbulda başlayacaq dünya Olimpiya Təsnifat Turnirində Frank Çamizonu iştirakçılar arasında birinci yerə qoymağı xahiş edib.

Sözügedən görüş rüşvət iddiası ilə gündəmə gəlmişdi. Belə ki, Çamizo uduzması üçün ona 300 min dolları məbləğində rüşvət təklif edildiyini bildirmişdi.

Onun bu iddiasına finalda uduzduğu Turan Bayramov cavab verərək, fatkla danışmağı məsləhət görmüşdü.

Azərbaycan Güləş Federasiyası da məsələyə münasibət bildirərək, “Çamizo “Duty to report” qaydalarına əsasən, belə bir rüşvət təklifinin olmasıyla əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməliydi.

İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir” açıqlamasını yaymışdı.

Digər Xəbərlər
Xəbər Lenti