Turan gümüş, Əli və Əfqan bürünc medal qazandı

20 Aprel 2021 22:00 Güləş 551
Turan gümüş, Əli və Əfqan bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final qarşılaşmasına çıxıb.

Sportinfo.az xəbər verir ki, 70 kq-da mübarizə aparan idmançı rusiyalı İsrail Kasumovla üz-üzə gəlib.

Rəqibinə 1:3 hesabı ilə məğlub olan Bayramov gümüş medalla kifayətlənib.

65 kq-da Əli Rəhimzadə medal uğrunda ukraynalı Andrey Sviridlə qüvvəsini sınayıb. 3:2 hesablı qələbə qazanan Rəhimzadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Əfqan Xaşalov Polşanın paytaxtı Avropa çempionatında bürünc medal qazanıb. 57 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə belaruslu Aryan Tsiutrinlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Xaşalov bürünc medala sahib çıxıb. Bu, Azərbaycanın yarışda ilk medalı olub.

Digər Xəbərlər
Xəbər Lenti