Qətldə ittiham olundu, Azərbaycan yığmasından kənarlaşdırıldı

28 Yanvar 2021 14:00 Güləş 2 177
Qətldə ittiham olundu, Azərbaycan yığmasından kənarlaşdırıldı

Sərbəst güləşçisi Nurməhəmməd Hacıyev Azərbaycan millisinin üzvləri siyahısından kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, Mahaçqala sakini Abdulbasir Ömərovun qətlində ittiham olunan 23 yaşlı idmançının adı 2021-ci il üçün Gənclər və İdman Nazirliyinə təqdim edilən siyahıda yer almayıb.

Bildirilib ki, məsələ ilə bağlı cinayət işi açılıb və istintaq davam edir, məhkəmə prosesinə isə hələ start verilməyib.

Federasiya mütəmadi olaraq Nurməhəmməd Hacıyevin durumu ilə bağlı məlumat alır. O, proses yekunlaşanadək yığmanın üzvü olmayacaq. Məsələ açıq qaldığından, Hacıyevin adı qeyri-müəyyən müddətədək yığma üzvləri siyahısından çıxarılıb.

Nurməhəmmədlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir.

Sərbəst güləşçi Azərbaycan millisinin üzvü kimi Minsk-2019 II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində gümüş, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti