"Azərbaycana qarşı səbrimiz çatmadı, təzyiqi artırdıq”

13 Fevral 2020 23:50 Futzal 1 047
"Azərbaycana qarşı səbrimiz çatmadı, təzyiqi artırdıq”

“Azərbaycan yaxşı komandadır, oyunun çətin olacağını əvvəlcədən bilirdik”.

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Rusiya yığmasının üzvü Robinyo deyib.

DÇ-2020-nin elit-raundundakı çıxışlarını dəyərləndirən “Benfika”nın oyunçusu qrupda Azərbaycan millisinə qarşı keçirilən matçı da dəyərləndirib. Robinyo 3:4 hesabı ilə məğlub olduqları həmin görüşdə səbirsiz davranmalarının qurbanı olduqlarını düşünür:

“Azərbaycanla oyunda səbrimiz çatmadı. Hesabı 2:2 etdikləri zaman müəyyən bir məqam oldu ki, orada səbir etmək lazım idi.

Bəlkə daha praqmatik oynaya bilərdik. Çünki 2:2 hesabı məğlubiyyətdən yaxşıdır. Həmin vaxt da üstün idik, qol vəziyyətləri yaradırdıq. Sadəcə, keyfiyyətli çıxış etmədik.

Rəqib vəziyyəti bərabərləşdirəndə səbrimiz qalmadı. Təzyiqi artırdıq və ümumilikdə nəzarəti zəiflətdik. Nəticədə Azərbaycan daha bir qol vurdu və vəziyyət çox çətinləşdi”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı