"Federasiyanin bu qədər komanda yaratması və saxlamasi nə dərəcədə mumkundur?"

15 May 2023 09:40 Futzal 437
"Federasiyanin bu qədər komanda yaratması və saxlamasi nə dərəcədə mumkundur?"

«Bunlar hamısı təklifə veriləcək cavabdan asılı olacaq».

Azərbaycan Futzal Federasiyasının (AFF) mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Sportinfo.az-a açıqlamasında belə deyib.

O, növbəti mövsüm Yüksək Liqada mübarizə aparacaq klubların sayının 6-dan 10-ya çatdırılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Məmmədov söyləyib ki, təmsilçisi olduğu qurum Yüksək Liqa iştirakçılarına maliyyə yardımının ayrılması təklifi ilə AFFA-ya müraciət ünvanlayıb və əgər qarşı tərəf bunu nəzərə alarsa, bölgə komandalarının çempionata buraxılması gözlənilir:

«Əlbəttə, federasiya olaraq bunu istəyirik. Bu gün ölkənin demək olar bütün bölgələrində müasir standartlara cavab verən Olimpiya kompleksləri var.

İstərdik ki, orada futzal komandaları və bölmələri fəaliyyət göstərsin, çempionatımiz rəqabətədavamlı olsun. Ancaq hazırkı vəziyyətdə komanda saxlamaq, bölmələr yaratmaq və maliyyələşdirmək federasiyanın imkanları xaricindədir.

Hər şey maliyyəyə söykənir. Bu baxımdan federasiya rəhbərliyi vəziyyətlə bağlı AFFA qarşısında məsələ qaldırıb.

Federasiya komandalara maliyyə yardımının ayrılmasını bu məqsədlə istəyir. Eyni zamanda, iş adamlarının da bu sahədə köməyinə, dəstəyinə ehtiyac var.

Cunki federasiyanin bu qədər komanda yaratması və saxlamasi nə dərəcədə mumkundur?».

Xəbər Lenti