Lənkəran klubu çempionatdan çıxdı – Yaydığımız xəbər təsdiqləndi

8 Dekabr 2022 19:00 Futzal 454
Lənkəran klubu çempionatdan çıxdı – Yaydığımız xəbər təsdiqləndi

Futzal üzrə Yüksək Liqanın X turu çərçivəsində bu gün keçirilməli olan “Alyans” (Lənkəran) – “Baku Fair” matçı baş tutmayıb.

Buna səbəb Lənkəran təmsilçisinin təyin olunan matçda meydana çıxmamasıdır.

Oyunun yekun nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

Lənkəran təmsilçisinin belə bir addım atacağı barədə Sportinfo.az hələ dekabrın 3-də məlumat yayımlamışdı.

“Maliyyə dəstəyi kəsildi, komanda fəaliyyətini dayandırdı” başlıqlı xəbərdə qeyd olunurdu ki, “Alyans” mövsümün əvvəlində çıxışını dayandırıb (https://www.sportinfo.az/idman_xeberleri/futzal/156185.html).

Cənub klubu maliyyə çətinliyi ilə üzləşib. Belə ki, iranlı iş adamları komandaya maddi dəstəyini dayandırıb.

“Alyans” 9-cu turda U-19 ilə üz-üzə gəlib, ancaq bu matç başa çatmayıb.

Oyuna daha yaxşı başlayan və xüsusilə də ikinci hissədə ardıcıl qollar vuraraq hesabda 5 top fərqi ilə önə keçən U-19 ilk qələbəsinə yaxın olduğu məqamda, “Alyans”ın qapıçısı İmran Məhərrəmov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 32-ci dəqiqədə qırmızı vərəqə aldıgına və Lənkəran təmsilçisinin heyətində ikinci kiper olmadığına üçün futzal oyun qaydalarına uyğun olaraq, hakimlər oyunu bərpa etməyib.

Oyun dayandırılan vaxt hesab 6:1 U-19-un xeyrinə olub.

Xəbər Lenti