Maliyyə dəstəyi kəsildi, komanda fəaliyyətini dayandırdı

3 Dekabr 2022 11:20 Futzal 673
Maliyyə dəstəyi kəsildi, komanda fəaliyyətini dayandırdı

Futzal üzrə Yüksək Liqada «yarpaq tökümü» başlayıb.

“Alyans” mövsümün əvvəlində çıxışını dayandırıb.

Lənkəran klubu bununla bağlı federasiyanı məlumatlandırıb. Cənub təmsilçisi dekabrın 8-də keçiriləcək ikinci dövrənin son turunda meydançaya çıxmayacaq.

Səbəb oyunçuların üzləşdiyi maliyyə çətinliyidir. Belə ki, iranlı iş adamları komandaya maddi dəstəyini dayandırıb.

“Alyans” 9-cu turda U-19 ilə üz-üzə gəlib, ancaq bu matç başa çatmayıb.

Belə ki, oyuna daha yaxşı başlayan və xüsusilə də ikinci hissədə ardıcıl qollar vuraraq hesabda 5 top fərqi ilə önə keçən U-19 ilk qələbəsinə yaxın olduğu məqamda, “Alyans”ın qapıçısı İmran Məhərrəmov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 32-ci dəqiqədə qırmızı vərəqə aldıgına və Lənkəran təmsilçisinin heyətində ikinci kiper olmadığına üçün futzal oyun qaydalarına uyğun olaraq, hakimlər oyunu bərpa etməyib.

Oyun dayandırılan vaxt hesab 6:1 U-19-un xeyrinə olub. Bu matçın yekun nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

SPORTİNFO.AZ

Xəbər Lenti