Lənkəran klubunun oyununda baş verən bu hadisə… İNANMAQ OLMUR!

3 Dekabr 2022 02:10 Futzal 515
Lənkəran klubunun oyununda baş verən bu hadisə… İNANMAQ OLMUR!

Futzal üzrə Yüksək Liqada 9-cu turun oyunları keçirilib.

Sportinfo.az turun bütün oyunları “Olimpik Star”da baş tutub.

Turun açılış matçında “Baku Fire” “Record”la qarşılaşıb. 11 qolun qeydə alındığı bu gərgin matçın yekununda “Baku Fire” çətin qələbəyə sevinib.

Turun mərkəzi oyununda lider “Araz Naxçıvan” əsas rəqiblərindən olan “Neftçi” İK ilə üz-üzə gəlib.

Dörd qolluq bu matç heç-heçə başa çatıb. Nəticədə “Araz Naxçıvan” cari mövsümdə ilk dəfə meydanı qələbəsiz tərk edib.

Turun son matçında isə U-19 ilə “Alyans” komandaları üz-üzə gəlib. Bu matç başa çatmayıb.

Belə ki, oyuna daha yaxşı başlayan və xüsusilə də ikinci hissədə ardıcıl qollar vuraraq hesabda 5 top fərqi ilə önə keçən U-19 ilk qələbəsinə yaxın olduğu məqamda, “Alyans”ın qapıçısı İmran Məhərrəmov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 32-ci dəqiqədə qırmızı vərəqə aldıgına və Lənkəran təmsilçisinin heyətində ikinci qapıçı olmadığına üçün futzal oyun qaydalarına uyğun olaraq, hakimlər oyunu bərpa etməyib.

Oyun dayandırılan vaxt hesab 6:1 U-19-un xeyrinə olub. Bu matçın yekun nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

"Baku Fire" – "Record" 6:5
Qol: Oruc Baxşəlizadə, 10:10. Nihad İsmayılov, 13:37; 16:47; 39:28. Sahand Rezapour, 24:48. Tofiq Əliyev, 32:36 – Seyidreza Hosseini Hotkani, 11:36; 17:46. Matin Qahramani, 18:49; 26:18. Mojtaba Vali, 39:06.
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Olimpik Star

"Neftçi" İK – "Araz Naxçıvan" 2:2
Qol:
Ülvi Əliyev, 5:16; 32:22 – Viktor Ponce, 7:32, 23:28.
Hakimlər: Ziya Nəsirov, Ceyhun Hüseynov, Kənan Məlikov.
Hakim-inspektor: Azər Əsgərov.
Olimpik Star

U-19 – "Alyans" (Lənkəran) 6:1 (oyun başa çatmayıb)
Qol:
İlham Alıyev, 9:21. Fərid Abbasov, 25:43. Nihad Cəfərli, 29:15; 30:26. Şahbaz Həndəmli, 29:31. Sadiq Əlizadə, 30:45 – Adil İsmayılov, 18:37.
Hakimlər: Hacıəli Ağayev, Şakir Quliyev, Mahir Məmmədov.
Hakim-inspektor: Elçin Səmədli.
Olimpik Star. Saat 18:00.

Xal: Araz Naxçıvan – 25, Baku Fire – 19, Neftçi – 17, Record – 12, Alyans – 3, U-19 – 0.

Xəbər Lenti