Komandamız Gürcüstan yığmasına məğlub oldu

15 Aprel 01:00 Futzal 341
Komandamız Gürcüstan yığmasına məğlub oldu

Ffutzal üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız Tiflis İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşıb.

Oyunda hesabı meydan sahibləri açıb. Arcınca Novruz Kazıxanov Ülvi Əliyevin qapıya paralel ötürməsini tora qovuşdurub.

Amma fasiləyə qədər Gürcüstan yığması daha bir qol vurub. İkinci hissədə rəqib fərqi iki topa çatdırsa da, 32-ci dəqiqədə Əmirin yaratdığı epizodu Xəzər qolla tamamlayıb.

Bu komandalar arasında növbəti oyun 2 gün sonra – aprelin 16-da, saat 19:00-da Tiflis İdman Sarayında keçiriləcək.

Gürcüstan – Azərbaycan 3:2
Qollar
: Saba Tkeşelaşvili, 1:10, Giorgi Ghavtadze, 8:22, 29:12 – Novruz Kazıxanov, 2:07, Xəzər Ağalızadə, 31:13
Hakimlər: Zviad Bliadze, Qrigol Bliadze, Qoça Taruashvili.

Xəbər Lenti