.jpg)
Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya ilə üz-üzə gəlib.
Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Matçda hesabı Azərbaycan millisi açıb. Rəqibin heyətində Serxio Losano 10-cu dəqiqədə topu öz qapısından keçirib. İspaniyalılar cəmi 2 dəqiqə sonra tarazlığı bərpa ediblər.
Raul Qomes qüvvətli zərbə ilə Emin Kürdovu məğlub edib. 17-ci dəqiqədə Ata İsayev milli komandanı yenidən hesabda önə keçirib.
Oyunda son nöqtəni isə Losano qoyub. İlk hissədə avtoqol müəllifi olan futzalçı 31-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.
Tarixində ilk dəfə İspaniyaya uduzmayan Joze Alesionun komandası qrupda ilk xalını qazanıb və 3-cü pillədə qərarlaşıb.
Xallarını 4-ə çatdıran Pireney təmsilçisi isə 2-cidir. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda Bosniya və Herseqovinaya böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.
Qupun digər oyununda Bosniya və Herseqovina üzərində 2:1 hesablı qələbə qazanan Gürcüstan isə 1/4 finala vəsiqəni təmin edib.