Azərbaycan millisi İspaniyaya məğlub olmadı

27 Yanvar 2022 01:20 Futzal 1 067
Azərbaycan millisi İspaniyaya məğlub olmadı

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya ilə üz-üzə gəlib.

Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Matçda hesabı Azərbaycan millisi açıb. Rəqibin heyətində Serxio Losano 10-cu dəqiqədə topu öz qapısından keçirib. İspaniyalılar cəmi 2 dəqiqə sonra tarazlığı bərpa ediblər.

Raul Qomes qüvvətli zərbə ilə Emin Kürdovu məğlub edib. 17-ci dəqiqədə Ata İsayev milli komandanı yenidən hesabda önə keçirib.

Oyunda son nöqtəni isə Losano qoyub. İlk hissədə avtoqol müəllifi olan futzalçı 31-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.

Tarixində ilk dəfə İspaniyaya uduzmayan Joze Alesionun komandası qrupda ilk xalını qazanıb və 3-cü pillədə qərarlaşıb.

Xallarını 4-ə çatdıran Pireney təmsilçisi isə 2-cidir. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda Bosniya və Herseqovinaya böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.

Qqrupun digər oyununda Gürcüstan seçməsi Bosniya və Herseqovinanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya – Azərbaycan 2:2
Qol: R.Qomes, 11:28. Losano, 30:01 – Losano, 9:16-öz qapısına. İ.Atayev, 16:38.
Hakimlər: Migel Kastilyo (Portuqaliya), Qabor Kovaç (Macarıstan), Petar Radoyçiç (Serbiya).
Timekeeper: Qriqori Oşomkov (Estoniya).
Qroningen, Martini Plaza.

İspaniya: 12. Didak Plana, 2. Ortiz (k), 6. Raul Qomes, 9. Losano, 13. Mellado, 1. Xesus Herrero, 3. Borxa, 4. Esteban, 5. Boyis, 7. Kamaço Peres, 10. Sesilio, 11. Çino, 14. Raul Kampos.
Məşqçi: Fede Vidal.

Azərbaycan: 1. Emin Kürdov, 6. Eduardo Borges, 5. Fineo De Arauxo, 9. Rafael Vilela 2. Felipinyo, 3. Bolinya, 10. Vassura, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 14. Hadi Ahmadi.
Baş məşqçi: Joze Alesio Da Silva.

1

Gürcüstan

2

2

0

0

5-3

6

2

İspaniya

2

1

1

0

7-3

4

3

Azərbaycan

2

0

1

1

4-5

1

4

Bosniya və H.

2

0

0

2

2-7

0

Digər Xəbərlər
Xəbər Lenti