Sevinməyə tələsdik, qonşudan "soyuq duş" aldıq - VİDEO+FOTOREPORTAJ

23 Yanvar 2022 09:20 Futzal 902
Sevinməyə tələsdik, qonşudan "soyuq duş" aldıq - VİDEO+FOTOREPORTAJ

Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatındakı çıxışına başlayıb.

Sportinfo.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi komanda D qrupunun ilk turunda Avropa çempionatının debütantı Gürcüstan ilə qarşılaşıb.

Oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb - 2:3.

Gürcüstan - Azərbaycan 3:2
Qollar:
Elisandro 10 (1:2), Sebiskveradze 27 (2:2), Tales, 32-pen. (3:2) - Vilela, 6 (0:1), 7 (0:2),

Qroningen, Niderland
"Martini Plaza" arenası
Hakimlər: Sedrik Pelisye(Fransa), Daniel Matkoviç (İsveçrə), Nikola Yeliç (Xorvatiya)

Azərbaycan: Emin Kürdov, Felipinyo, Tyaqo Bolinya, Vassura, Eduardo, Rizvar Fərzəliyev (k), Fineo de Arauxo, Rafael Vilela, Ramiz Çovdarov, İsa Atayev, Hadi Ahmadi

Gürcüstan: Zviad Kupatadze(k), Şaqinya, Roninyo, Tales, Elisandro, Bukiya, Giorgi Qavtadze, Vilian Lourenso, Şota Topuriya, Vahtanq Kekeliya, İrakli Todua, Arçil Sebiskveradze, Nikolos Kurtanidze, Bruno Petri

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA