"Azərbaycan millisinin keyfiyyətli oyunçuları olsa da, onların öhdəsindən gələrik"

13 Yanvar 2022 11:20 Futzal 812
"Azərbaycan millisinin keyfiyyətli oyunçuları olsa da, onların öhdəsindən gələrik"

"Avropa çempionatına əla atmosferdə hazırlaşırıq və azarkeşlərimizi ruhdan salmamaq üçün meydanda ürəyimizi ortaya qoyacağıq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqiblərindən olan Bosniya və Herseqovinanın futzalçısı Bilal Yeliç yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

28 yaşlı oyunçu İspaniya seçməsini qrupun favoriti adlandırıb: "Bu komanda dünya futzalının zirvəsidir. Belə kollektivə qarşı oynamaq bizim üçün əla olar".

Təcrübəli müdafiəçi Azərbaycan və Gürcüstan yığmalarını üstələyərək qrupdan çıxacaqlarına inandığını söyləyib:

"Hər iki komandanın keyfiyyətli oyunçuları var. Amma bu rəqiblərin öhdəsindən gəlib məqsədimizə çata bilərik. Qrupdan çıxmaq şanlarımızın olduğunu düşünürəm”.

19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!