Bəxt Azərbaycan çempionuna “göz qırpdı“

25 Avqust 2021 09:20 Futzal 1 529
Bəxt Azərbaycan çempionuna “göz qırpdı“

Futzal üzrə Çempionlar Liqası davam edir.

Sportinfo.az xəbər verir ki, dünən “Araz-Naxçıvan” ilkin mərhələdə son oyununu keçirib.

Azərbaycan təmsilçisi Latviyada təşkil olunan F qrupunun III turunda yerli “Raba” ilə görüşüb. Matçın gedişində bir neçə dəfə məğlub duruma düşən təmsilçimiz sonda əzmkar qələbə qazana bilib.

Lakin top fərqinin az olması “Araz-Naxçıvan”ın birinci yer şansının üstündən xətt çəkib.

Qrupun digər oyununda Cəbəllütariq “Europa”sı ilə görüşən “Kampuksen Dinamo” 14:3 hesablı darmadağına sevinib. Bu, Finlandiya klubunu qrup qalibi kimi növbəti mərhələyə daşıyıb.

Joze Alesionun baş məşqçi olduğu komanda qrupdakı ilk görüşündə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib, ikinci qarşılaşmada isə “Kampuksen Dinamo” ilə heç-heçə edib - 4:4.

Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni yekunlaşdıran “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi ən yaxşı ikinci yerin sahibi kimi mübarizəni davam etdirəcək. Ölkə çempionunun bu mərhələdəki rəqibləri avqustun 30-da müəyyənləşəcək.

1

Kampuksen D.

3

2

1

0

23-7

7

2

Araz N.

3

2

1

0

21-10

7

3

Raba

3

1

0

2

12-16

3

4

Europa

3

0

0

3

8-31

0

Xəbər Lenti