Yeni mövsümdə Lənkəran da təmsil olunacaq

2 Avqust 2021 14:00 Futzal 1 441
Yeni mövsümdə Lənkəran da təmsil olunacaq

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Toplantıda Yüksək Liqanın 2021-2022-ci il mövsümünə hazırlıq işləri müzakirə olunub.

Yeni mövsümdə 8 komandanın iştirak edəcəyi qərara alınıb. Onlardan 5-i ötən çempionatda da gücünü sınayıb.

Daha 2 klub isə debütantdır və biri – “Alyans” FK Lənkəranı təmsil edir.

Federasiya gənc futzalçıların inkişafı və təcrübə toplaması, eləcə də qarşıdan gələn Avropa çempionatına daha yaxşı hazırlaşması məqsədi ilə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin də Yüksək Liqada iştirakına icazə verib.

Beləliklə, Yüksək Liqanın 2021-2022-ci il mövsümündə bu komandalar iştirak edəcək: “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19.

Çempionat 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. İlk 4 pillədə yer alacaq komandalar (1-4, 2-3) qalibi müəyyənləşdirəcək.
Yeni mövsümə sentyabrda start veriləcək.

SPORTİNFO. AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!