"Qazanmaq üçün mübarizə aparırdılar, tapşırıqlarımı yerinə yetirdilər"

9 Aprel 2021 00:47 Futzal 461
"Qazanmaq üçün mübarizə aparırdılar, tapşırıqlarımı yerinə yetirdilər"

“Bura gələndə bilirdik ki, oyun çətin keçəcək, çünki rəqibimiz ancaq qələbə qazanmaq üçün mübarizə aparacaqdı.

Bizim isə 4 əsas oyunçumuz bu görüşdə iştirak etmirdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə keçirilən oyundan (1:1) sonra deyib.

Braziliyalı mütəxəssis final mərhələsinə vəsiqəni təmin etdiklərinə baxmayaraq, komandasının meydana yalnız qələbə üçün çıxdığını bildirib:

"Ramiz Çovdarovun da yüngül zədəsi var idi. Ona görə də, taktiki planda dəyişikliklər etdik, müdafiədə oynadıq. Meydandakı nizam-intizam da çox vacib idi.

Fikrimcə, yaxşı nəticə qazandıq. Bunun üçün də yaxşı hazırlaşmışdıq. Uşaqlar ancaq qələbə qazanmaq üçün mübarizə aparırdılar.

Demək olar, tapşırıqlarımı yerinə yetirdilər. Qazandığımız 1 xal sayəsində birinci pilləni təmin etdik”.

Xəbər Lenti