Millimizin yekun heyəti

3 Mart 2021 14:00 Futzal 833
Millimizin yekun heyəti

Avropa çempionatının seçmə mərhələsində Moldova ilə keçirəcəyi oyunlar üçün futzal üzrə Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, karyerasını İspaniya klublarında davam etdirən Qalo və Rafael Vilela da bu gün komandaya qoşulub.

Zədəli Emin Kurdovu isə Cavad Məmmədov əvəzləyib. Baş məşqçi Joze Alesio Da Silva Moldova ilə görüşdə 14 futzalçının xidmətindən yararlanacaq:

Qapıçılar: Rövşən Hüseynli, Cavad Məmmədov

Oyunçular: Bolinha, Rizvan Fərzəliyev, Qalo, Rafael Vilela, Vassoura, Amir Shojaei, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Fineo De Araujo, Hadi Ahmadi, Eduardo Borge

Azərbaycan millisi Moldova ilə ilk görüşünü martın 4-də Bakı İdman Sarayında keçirəcək. Bu komandalar martın 9-da Çoreskuda yenidən üz-üzə gələcəklər.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"