10 milyon vermək istəmədilər, baş məşqçini postunda saxladılar

15 May 2020 11:20 Fransa 531
10 milyon vermək istəmədilər, baş məşqçini postunda saxladılar

PSJ baş məşqçisi Tomas Tuhellə əməkdaşlığa davam etmək qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyinin komandanın Çempionlar Liqasının `1/8 finaldakı çıxışından razı qaldığı bildirilib.

Bundan başqa, 46 yaşlı mütəxəssisin klubda saxlanılması qərarına koronavirus səbəbindən yaranmış böhran da təsir edib. Paris təmsilçisinin Tuhel istefaya göndəriləcəyi təqdirdə, ona 10 milyon avro təzminat ödəməyə hazır olmadığı vurğulanıb.

Buna görə klubun idman direktoru Leonardonun Massimiliano Alleqri və ya Simone İnzagini PSJ-yə baş məşqçi vəzifəsinə gətirmək fikrindən daşındığı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti