COP29

PSJ "Napoli"yə 100 milyon avro ödəməyə hazırdır – Kvaratsxeliya üçün

25 May 00:20 Fransa 927
PSJ "Napoli"yə 100 milyon avro ödəməyə hazırdır – Kvaratsxeliya üçün

PSJ “Napoli”nin vingeri Xviça Kvaratsxeliya üçün hərəkətə keçib.

Sportinfo.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, parislilər gürcü futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.

23 yaşlı oyunçu 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm 44 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı onun dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

Kvaraxtseliyanın neapollularla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"