"Qarabağ"a hər iki oyunda qol vuran hücumçu problemlə üzləşdi

11 Yanvar 09:20 Almaniya 1 061
"Qarabağ"a hər iki oyunda qol vuran hücumçu problemlə üzləşdi

"Bayer"in hücumçusu Viktor Bonifase zədələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, Nigeriya millisinin heyətində sıradan çıxıb.

Bildirilir ki, 23 yaşlı forvard aprelin əvvəlinə kimi yaşıl meydanlardan kənarda qalacaq. Hücumçu yaxın vaxtlarda əməliyyat olunacaq.

Bonifase debüt mövsümündə "Bayer" üçün 23 oyun keçirib, 16 qol vurub və 8 qolun ötürməsini verib.

Xatırladaq ki, Viktor Bonifase Avropa Liqasının qrup mərhələsində hər iki görüşdə "Qarabağ"a qol vurmağı bacarmışdı.

Digər Xəbərlər
Xəbər Lenti