Məşhur futbolçu yeni klubuna havayı başa gəldi

18 May 2022 12:00 Fransa 1 253
Məşhur futbolçu yeni klubuna havayı başa gəldi

Anxel Di Marianın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, yayda 34 yaşlı futbolçu azad agent statusu ilə PSJ-dən “Yuventus”a keçəcək.

Argentinalı Turin klubu ilə bir illik müqavilə imzalayıb.

Di Marianın hələ A Seriyasında oynamaq təcrübəsi olmayıb. Əvvəllər o, İspaniya, İngiltərə, Portuqaliya və Fransa çempionatlarında çıxış edib.

2015-ci ildən yarımmüdafiəçi PSJ-nin formasını geyinir və 5 dəfə Fransa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!