"Messi ilə evli cütlük kimiyik"

15 Oktyabr 2020 16:28 Dünya futbolu 458
"Messi ilə evli cütlük kimiyik"

"Mançester Siti"nin oyunçusu Serxio Aquero maraqlı açıqlamalar verib.

O, milli komanda düşərgəsində otaq yoldaşı olan Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli forvard bu haqda sport.es nəşrinə danışıb. Onun sözlərinə görə, Messi çox məsuliyyətli və gecikməyi sevməyən biridir:

"Biz Messi ilə köhnə evli cütlük kimiyik. Mən həmişə gecə TV-ni açıq qoyub yatıram, səhər isə o məni danlayır. 19:30-da otelə qayıdırıq, axşam yeməyi isə 21:00-dadır. Messi dərhal hazırlaşmağa başlayır, mən isə uzanıb telefonla danışıram. O məni tələsdirir, gecikməyi heç xoşlamır"

Argentina yığması Dünya Çempionatının təsnifat mərhələsində Boliviya yığması ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti