Istintaq müddətində vəzifəsində qalacaq - FİFA prezidenti

3 Avqust 2020 01:24 Dünya futbolu 717
Istintaq müddətində vəzifəsində qalacaq - FİFA prezidenti

FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onun baəsində apardığı istintaq müddətində vəzifəsini icra edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə FİFA-nın bəyanatında bildirilib.

Qeyd olunub ki, o, səlahiyyətlərini icra edəcək, İsveçrə və digər ölkələrdəki səlahiyyətli şəxslərlə əməkdaşlığını davam etdirəcək.

İsveçrə Federal Məhkəməsi FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmalara başlayıb. İtaliyalı funksioner vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.

İnfantino 2016-cı ildə FIFA prezidenti seçilib. O, çoxsaylı korrupsiya qalmaqallarından sonra istefaya göndərilən Yozef Blatteri əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM