Ölkədə idman yarışlarının keçirilməsinə icazə verildi

29 May 2020 13:40 Dünya futbolu 729
Ölkədə idman yarışlarının keçirilməsinə icazə verildi

İsveçdə iyunun 14-dən etibarən peşəkar idman növləri və futbol matçları bərpa ediləcək.

Sportinfo.az xəbər verir ki, hökumətin verdiyi qərara əsasən bütün yarışlar azarkeşsiz keçiriləcək.

Mətbuat konfransına qatılan daxili işlər naziri Mikael Damberq hələ ki 50-dən çox insanın bir yerə toplaşa bilməyəcəyini bildirib. O, azarkeşləri idman klublarında və restoranlarda toplaşmamağa çağırıb.

Futbol üzrə İsveç çempionatında yeni mövsüm aprelin 17-də başlamalı olsa da, koronavirusa görə təxirə salınıb. Daha əvvəl liqanın iyunun 14-də başlayacağı ilə bağlı qərar verilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da