Avropanın daha bir ölkəsində mövsüm ləğv olundu

18 May 17:38 Dünya futbolu 169
Avropanın daha bir ölkəsində mövsüm ləğv olundu

Koronavirus pandemiyası üzündən təxirə salınan Şotlandiya liqasında mövsüm ləğv edilib.

Sportinfo.az xəbər verir ki, federasiya turnir cədvəlində birinci yerdə olan “Seltik”i çempion elan edib.

Bir oyunu əskik ən yaxın izləyicisi “Reyncers”dən 13 xal irəlidə olan “ağ-yaşıllar” ardıcıl 9-cu çempionluğu bayram ediblər. Komanda geridə qalan 30 görüşdə 26 qələbə qazanıb.

Turnir cədvəlində sonuncu sırada qərarlaşan “Hart” komandası isə çempionatı tərk edib. Daha öncə Hollandiya, Belçika və Fransa liqalarından da mövsüm ləğv edilmişdi.

Xəbər Lenti