"İşimdən razıyam" - Rafa Benites

10 Dekabr 2019 16:11 Dünya futbolu 567
"İşimdən razıyam" - Rafa Benites

İspan mütəxəssis Rafael Benitesin yenidən Premyer Liqaya qayıdacağı ilə bağlı məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, onunla “Arsenal” və “Vest Hem”in maraqlandığı bildirilirdi. Hazırda Çinin “Dalyan İfan” klubunda çalışan Benites bu məlumata münasibət bildirib:

“Gələcəkdə Premyer Liqaya qayıtmq istəyərəm. Çünki bu çempionat çox xoşuma gəlir. Ancaq indi əminliklə deyə bilərəm ki, yaxın vaxtlarda Premyer Liqaya qayıtmaq üçün heç bir şansım yoxdur. İndiki işimdən razıyam. Mənə inanır və dəstək verirlər. Bu böyük layihə ilə xeyli insan məşğul olur. Bu, başqa çempionat, başqa səviyyədir. Komandanın böyük iddiaları var. İstəyirəm ki, bu komandanın tarixində qala biləcək nəticə qazanım. Əla təcrübədir. Hazırda çox xoşbəxtəm”.

Digər Xəbərlər
Xəbər Lenti