"Qızıl top" mükafatını alacaq futbolçunun adı BİLİNDİ

24 Sentyabr 2024 15:20 Dünya futbolu 892
"Qızıl top" mükafatını alacaq futbolçunun adı BİLİNDİ

“France Football” nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını alacaq futbolçu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur "Marca" nəşri məlumat yayıb.

Mükafat İspaniyanın "Real" klubunun və Braziliya millisinin üzvü Vinisius Juniora veriləcək.

24 yaşlı oyunçunun artıq bundan xəbərdar olduğu vurğulanıb.

Vinisius Junior 2023/2024 mövsümündə Madrid təmsilçisi ilə İspaniya çempionu olub. O, bundan əlavə Çempionlar Liqasını və UEFA Superkubokunu da qazanıb.

Vinger 49 matçda 26 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə təqdim olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da