Mbappe ilə bağlı həmyerlilərinə xəbərdarlıq etdi - Neymar

17 Sentyabr 2024 00:00 Dünya futbolu 446
Mbappe ilə bağlı həmyerlilərinə xəbərdarlıq etdi - Neymar

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar “Real”ın braziliyalıları ilə fransalı hücumçu Kilian Mbappenin birgə oyununu müzakirə edib.

Sportinfo.az “Football News”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “Real”dakı həmyerlilərinə Mbappe haqqında məlumat göndərib və orada onunla birlikdə oynamağın cəhənnəm olduğunu vurğulayıb.

Neymar və Mbappe 2017-2023-cü illərdə PSJ-də birgə çıxış edib. “Real”ın braziliyalı oyunçuları Kilian ilə dostdurlar. Neymarla Mbappe arasında isə həmişə münaqişə olub.

Braziliyalı forvard hazırda Səudiyyə Ərəbistanında, fransalı hücumçu isə “Real”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!