COP29

Mahir izlədi, “Dinamo” 1/8-ə qaldı – KONFRANS NƏTİCƏLƏRİ

23 Fevral 03:00 Dünya futbolu 492
Mahir izlədi, “Dinamo” 1/8-ə qaldı –  KONFRANS NƏTİCƏLƏRİ

Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün daha 7 görüş baş tutub.

Daha öncə Belçika “Gent”ini mübarizədən kənarlaşdırmış “Makkabi” (Hayfa, İsrail) 1/8 finala yüksəlmişdi.

Bu gün “Ayaks”, “Servett”, “Molde”, “Olimpiakos”, “Yunion” və “Şturm Qraz” da rəqiblərinə qalib gələrək 1/8 finala yüksəliblər.

Azərbaycamlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da “Betis”i mübarizədən kənarlaşdırmağı bacarıb. Amma zədəli Mahir bu dəfə də oynamayıb.

22 fevral

Bodo Qlimt (Norveç) – Ayaks (Niderland) 1:2 (2:2)
Qollar
: Berq, 83 – Berqeys, 34. Teylor, 114.

Dinamo (Zaqreb, Xorvatiya) – Betis (İspaniya) 1:1 (1:0)
Qollar
: Kaneko, 59 – Bakambu, 38.

Ludoqorets (Bolqarıstan) – Servett (İsveçrə) 0:1 (0:0)
Qol
: Konya, 6.

Legiya (Varşava, Polşa) – Molde (Norveç) 0:3 (2:3)
Qollar
: Qulbrandsen, 2; 67. Hestad, 20.

Ferentsvaroş (Macarıstan) – Olimpiakos (Yunanıstan) 0:1 (0:1)
Qol
: El Kaabi, 45.

Ayntraxt (Almaniya) – Yunion (Belçika) 1:2 2:2
Qollar
: Ebimbe, 87 – Puertas, 47. Ayensa, 80.

Slovan (Bratislava, Slovakiya) – Şturm Qraz (Avstriya) 0:1 (1:4)
Qol
: Byeret, 52.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!