“Millinin təklifini qəbul etməlidir - O, bunu düşünməli, dəyərləndirməlidir”

19 May 2023 01:40 Dünya futbolu 384
“Millinin təklifini qəbul etməlidir - O, bunu düşünməli, dəyərləndirməlidir”

İtaliyalı mütəxəssis Fabio Kapello Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” – “Real” (4:0) görüşü haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, “kral klubu”nun acı məğlubiyyət yaşadığını söyləyib:

“Karlo Ançelotti Braziliya milli komandasının təklifini qəbul etməlidir. O, bunu düşünməli, eyni zamanda dəyərləndirməlidir. Dünyada “Real”dan da güclü komandalar var. Acı yenilgi yaşadılar.

Ançelotti məşqçi karyerasını dünya çempionatı kimi turnirdə bitirmək istəyirsə, bu, onun üçün şansdır”.

Öncədən Braziliya Futbol Federasiyasının italiyalı mütəxəssisə baş məşqçilik təklifini qəbul etmək və ya geri çevirmək üçün mayın 25-nə qədər vaxt verdiyi bildirilirdi.

“Real” iki oyunun nəticəsinə əsasən “şəhərlilər”ə uduzub. “Mançester Siti” həlledici qarşılaşmada İtaliya “İnter”i ilə qarşılaşacaq.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti