Braziliya Kamerun qarşısına ehtiyat oyunçularla çıxacaq?

30 Noyabr 2022 15:40 Dünya çempionatı 477
Braziliya Kamerun qarşısına ehtiyat oyunçularla çıxacaq?

Braziliya millisi dekabrın 2-də DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda Kamerunla qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, məşqçilər korpusu Kamerunla matçda ehtiyat oyunçulara şans vermək qərarına gəlib.

Bu qərar isə bəzi aparıcı oyunçuların zədəli olması və turnir cədvəlindəki qrafikə görə verilib. Üstəlik, komanda 1/8 final mərhələsinə vəsiqəni ötən tur təmin edib.

Neymar, Aleks Sandro və Danilonun zədə səbəbindən Kamerunla matçda meydanda olmayacağı isə əvvəlcədən bəlli idi.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu