Millimizin üzvü Türkiyə klubu ilə müqavilə bağladı - FOTO

30 Noyabr 2020 20:20 Digər növlər 641
Millimizin üzvü Türkiyə klubu ilə müqavilə bağladı - FOTO

Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının lideri Elçin Əsədov Türkiyənin “Salcano Sakarya” kontinental klubuna keçib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı qardaş ölkə təmsilçisi sosial media hesablarında paylaşım edib.

2020-ci ili “Bahrain Cycling Academy” kontinental komandasının heyətində keçirən Əsədova Bəhreyn təmsilçisindən daha 1 illik müqavilə təklif edilsə də, onun olimpiadaya daha yaxşı hazırlıq şərtləri səbəbindən seçimi Türkiyə klubu olub.

Elçin Əsədov Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti