Səmədov Bakıdakı vidanı “Yekəayaq”la edəcək - FOTO

26 İyun 2022 02:10 Digər növlər 931
Səmədov Bakıdakı vidanı “Yekəayaq”la edəcək - FOTO

Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüşünün kimlə olacağına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Zabitin karyerasındakı son döyüşü braziliyalı Antonio Silva ilə olacaq.

42 yaşlı Antonio Silva “Yekəayaq” (“BigFoot”) ləqəbi ilə tanınır. O, MMA-da 33 döyüş keçirib

. Bunlardan 19-da qalib gəlib (15-i nokautla, 2-si rəqibi təslim etməklə, 2-si hakim qərarı ilə), 13-də məğlub olub (11-i nokautla, 2-si hakim qərarı ilə), 1 döyüş isə baş tutmamış hesab edilib.

Maraqlıdır ki, o, bu gün Moskvada “MMA Series-53” turniri çərçivəsində Oleq Popovla döyüşə çıxacaq.

Onun kikboksinqdə yalnız bir döyüşü olub. Bu, 2017-ci ilin oktyabrın 14-də Çində keçirilmiş “Qlori-46” turniri çərçivəsində baş tutub.

Antonio Silva həmin vaxt niderlandlı Riko Ferhuvenin zərbələri qarşısında aciz qaldığından, hakim döyüşü dayandırmalı olub.

Zabit Səmədovun bu döyüşü sentyabrın 10-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Almaniya türkü olan Səfər Göktəpəyə məxsus olan “Mix Fight Championship” tərəfindən təşkil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu