Avropa çempionatında mübarizə aparacaq - Azərbaycan təmsilçisi

9 İyun 03:40 Digər növlər 331
Avropa çempionatında mübarizə aparacaq - Azərbaycan təmsilçisi

Azərbaycan təmsilçisi Tatyana Smilovenko iyunun 11-14-ü aralığında Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçiriləcək kayak və kanoe üzrə Avropa çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Milli komandanın üzvü kanoe qayığında mübarizə aparacaq.

Tatyana Smilovenko ötən il Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında təşkil edilən Avropa çempionatında bürünc medala sahib olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!