"İstəyirik ki, daha çox insan üzgüçülüklə məşğul olsun" - Zaur Əliyev

04:30 Digər növlər 79
"İstəyirik ki, daha çox insan üzgüçülüklə məşğul olsun" - Zaur Əliyev

“Üzgüç

Sportnfo.azf xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev yarışın açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

“Tədbir müxtəlif yaş kateqoriyalarını əhatə edir və kütləvi xarakter daşıyır. 2025-ci ildən etibarən bu yarışlarda 500-dən çox iştirakçı qüvvəsini sınayıb. Bu gün isə final mərhələsində Azərbaycan və Türkiyədən 70-ə yaxın iştirakçı mübarizə aparacaq”, - deyə bildirib.

Zaur Əliyev qeyd edib ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının əsas məqsədi ölkədə üzgüçülüyün kütləviliyini artırmaqdır:

“İstəyirik ki, daha çox insan bu idman növü ilə məşğul olsun. Üzgüçülük sağlam həyat tərzi üçün ən faydalı idman növlərindən biridir.

Bu cür tədbirlərin əsas məqsədi də insanların iştirakını artırmaq, onları üzgüçülüyə cəlb etməkdir. İnanıram ki, ildən-ilə bu yarışa maraq daha da artacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti