Bakıda aerobika və akrobatika gimnastikası üzrə AGF Trophy beynəlxalq turniri başladı

04:50 Digər növlər 55
Bakıda aerobika və akrobatika gimnastikası üzrə AGF Trophy beynəlxalq turniri başladı

Bu gün Bakıda aerobika və akrobatika gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, yarış Milli Gimnastika Arenasında təşkil olunur.

Mükafatlar uğrunda Azərbaycanla yanaşı, Avstraliya, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, Özbəkistan və Qazaxıstan təmsilçiləri mübarizə aparır.

Milli Gimnastika Arenasında bu gün həmçinin aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku başlayacaq. Aerobika üzrə yarışda Azərbaycan, Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna idmançıları çıxış edəcəklər.

Akrobatika gimnastikasında isə Azərbaycan, Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna komandalarının üzvləri güclərini sınayacaqlar.

Yarışlar iyunun 7-də yekunlşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti