Federasiya daha iki məktəbi avadanlıqla təmin etdi

12 İyun 03:20 Digər növlər 419
Federasiya daha iki məktəbi avadanlıqla təmin etdi

Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) tərəfindən federasiyaya müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.

Sportinfo.az xəbər verir ki, daha 2 məktəb avadanlıqla təmin olunub.

Avadanlıqlar "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və "Təhsil" Respublika İdman Mərkəzinin Bakıda yerləşən 5 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə təhvil verilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM